
“Seltik” Kamilo Duranı transfer edə bilsə, əsl qələbə olacaq”
Şotlandiyalı futbol mütəxəssisi Aleks Rey “Qarabağ”ın hücumçusu Kamilo Duranın “Seltik”ə mümkün transferi ilə bağlı danışıb.
Komanda.az “Inside Futbol”-a istinadən xəbər verir ki, şotland mütəxəssis mümkün transferi klub adına uğur adlandırıb:
“Əlbəttə ki, “Ayntraxt”, “Ayaks”, “Nyukasl” və “Benfika” Avropada yüksək keyfiyyətli və tanınmış klublardır. Kamilo Duranın Çempionlar Liqasında bu səviyyədəki qolları çox şeydən xəbər verir. Düşünürəm ki, bir çox Avropa klubu onu transfer etməyə çalışıb. “Seltik” onu transfer edə bilsə, bu, onlar üçün əsl qələbə olacaq”.
Duran hazırda Şotlandiyadadır və tibbi müayinədən keçərsə, Qlazqo klubu 24 yaşlı hücumçu üçün təxminən 13 milyon manat ödəyəcək.
56 yaşlı veteran futbolçu Aleks Rey “Sanderlend”, “Vulverhempton”, “Reyncers” klublarının formasını geyinib. O, hazırda Şotlandiyanın “Patrik Tistl” klubunun məşqçisidir.
Bizi Facebook-da izləyin



