
Van Dayk üçün 5 variant
“Liverpul”un müdafiəçisi Vircil van Dayk yay transfer dönəmində komandadan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
34 yaşlı futbolçu ilə Avropada “Milan”, “Qalatasaray” və “Fənərbaxça” maraqlanır. Onun karyerasını MLS (ABŞ) və ya Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantları da var.
Niderlandlı oyunçu 2018-ci ilin yanvarından “Liverpul”un formasını geyinir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



