Almaniya millisinin üzvü “Bayern”ə keçdi – Rəsmi

“Bayern” Almaniya millisinin futbolçusu Nataniel Braunu heyətinə qatıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı müdafiəçi “Ayntraxt” (Frankfurt) komandasından transfer edilib. Oyunçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.

Nataniel Braun 2024/2025 mövsümündən Frankfurt klubunun formasını geyinib. O, bu komandada 75 oyuna 7 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button