
“Barselona” “Milan”dan məlumat istəyib – Leaoya görə
“Milan”ın hücumçusu Rafael Leao “Barselona”nın maraq dairəsində qalır.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Kataloniya klubu portuqaliyalı futbolçu ilə bağlı “Milan”dan məlumat istəyib. Bildirilir ki, yeni baş məşqçi Ruben Amorim Leaonu planlarına daxil etmədiyi üçün İtaliya təmsilçisi onu 60 milyon avroya satmağa hazırdır.
Bununla belə, Leaonun transferi hazırda “Barselona” üçün əsas prioritet deyil. Çünki klub daha əvvəl Entoni Qordonu heyətinə qatıb. Kataloniyalıların əsas hədəfi “Atletiko”nun hücumçusu Xulian Alvaresdir. Ancaq argentinalı futbolçunun transferi baş tutmasa, Leao variantı yenidən gündəmə gələ bilər.
27 yaşlı Leao ötən mövsüm bütün turnirlərdə 31 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



