
DÇ-2026: Rafinya Norveç millisi ilə oyunu buraxacaq
Braziliya millisinin vingeri Rafinya zədə səbəbindən dünya çempionatının 1/8 final mərhələsində Norveç yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Bildirilib ki, Braziliya millisinin tibbi heyəti “Barselona”nın futbolçusunu mümkün 1/4 final matçına hazırlamağa çalışır.
Rafinya son məşqdə komandadan ayrı çalışıb. O, meydanda 30-40 dəqiqə məşq etdikdən sonra hazırlığı yarımçıq dayandırıb. Futbolçunun Norveçlə qarşılaşmaya qədər bərpa olunacağı ehtimal edilsə də, dünən keçirilən tibbi müayinənin nəticələri onun bu oyunda forma geyinə bilməyəcəyini təsdiqləyib.
Rafinya qrup mərhələsinin 2-ci turunda, Haiti yığması ilə matçda (3:0) budun arxa əzələsindən zədələnib.
Bizi Facebook-da izləyin



