
Alleqri “Napoli”nin baş məşqçisi oldu – Rəsmi
“Napoli” klubu Massimiliano Alleqrinin əsas komandanın baş məşqçi postuna təyin olunduğunu elan edib.
Komanda.az Neapol təmsilçisinə istinadən xəbər verir ki, mütəxəssislə 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
Alleqri futbolçu kimi 1997/1998 mövsümündə “Napoli”nin formasını geyinib. O, məşqçilik fəaliyyətinə 2003/2004 mövsümündə başlayıb.
Alleqri ötən mövsüm “Milan”ı çalışdırıb və komanda çempionatı 5-ci pillədə tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



