
“Qarabağ” “Xarkov”a uduzdu
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi “Xarkov”la üz-üzə gəlib. Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Jali Muaddib və Kadi Borges (pen) vurublar.
“Köhlən atlar” bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşacaq.
Avstriyadakı ilk yoxlama oyununda “Tirol”a 4 cavabsız qolla qalib gələn “Qarabağ” Bakıda “Zirə”ni üstələyib – 4:3.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



