“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri”yə qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib.

Komanda.az xəbər verir ki, Bakıdakı matçı moldovalı FİFA referisi Roman Jitari idarə edəcək.

Ona həmyerliləri Vlad Lifçu və Vadim Vikol köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək. VAR-da isveçrəli Luka Cibelli, AVAR-da Anoen Kanaqasinqam əyləşəcək.

Səfərdəki görüşdə isə çexiyalı FIFA referisi Marek Radina söz sahibi olacaq. Yan xətt hakimləri Kamil Hayeklə Petr Kotalik, dördüncü hakim Daniel Vokoundur. VAR hakimi Tomaş Koçurek, AVAR hakimi Andrey Berka olacaq.

Bakıdakı oyun iyulun 9-da, saat 20:00-da, səfərdəki qarşılaşma isə iyulun 16-dan 17-nə keçən gecə, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button