Rafinya Norveç millisi ilə matçı buraxacaq?

Braziliya millisinin və “Barselona”nın hücumçusu Rafinya zədəsini sağaltmaq üçün bərpa prosesini davam etdirir.

29 yaşlı futbolçu zədə səbəbindən Braziliya millisinin dünya çempionatındakı son iki oyununu buraxıb.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Rafinya artıq məşqlərə başlayıb. Bununla belə, onun DÇ-2026-nın 1/8 finalında Norveç millisinə qarşı keçiriləcək matçda iştirakı hələ də sual altındadır. Braziliya millisinin məşqçilər heyəti yekun qərarı qəbul etməzdən əvvəl futbolçunun vəziyyətini qarşıdakı məşqlərdə diqqətlə izləyəcək.

Rafinyanın dönüşünün ehtimal olunan 1/4 final mərhələsinə qədər təxirə salınması daha real görünür.

Braziliya – Norveç matçı iyulun 5-də, saat 00:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button