“Arsenal”ın əsas hədəfi odur

“Arsenal” heyətini gücləndirmək üçün yarımmüdafiəçi axtarışlarını davam etdirir.

London klubunun maraq dairəsində “Nyukasl”ın iki futbolçusu – Bruno Gimarayeş və Sandro Tonali yer alır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın rəhbərliyi braziliyalı yarımmüdafiəçinin baş məşqçi Mikel Artetanın oyun sisteminə daha uyğun gəldiyini hesab edir. Bu səbəbdən, Gimarayeş transfer bazarında klubun əsas hədəfi sayılır.

Bununla belə, “Nyukasl” aparıcı futbolçusunu satmaq niyyətində deyil. Buna görə də, transferin reallaşıb-reallaşmayacağı hələlik qeyri-müəyyəndir.

“Transfermarkt” portalı Braziliya millisinin 28 yaşlı üzvünün dəyərini 70 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button