“Sabah” Noqeyra ilə yollarını ayırdı

“Sabah” futbolçu İqor Noqeyra ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışıb. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button