
“Karvan-Yevlax”dan ayrılan futbolçu “Səbail”ə keçdi
“Karvan-Yevlax”dan ayrılan futbolçu Eltun Turabovun yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Səbail” 29 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Eltun Turabov ötən mövsüm Azərbaycan Premyer Liqasında 29 oyunda 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



