
Anri Kumanın taktikasına təəccüblənib
Fransa millisinin sabiq hücumçusu Tyerri Anri DÇ-2026-nın 1/16 finalında Niderland millisinin Mərakeş yığmasına məğlubiyyətini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, Niderland millisinin baş məşqçisi Ronald Kumanın komandanı beş müdafiəçi ilə meydana çıxarmasını düzgün qərar hesab etməyib:
“Əslində, bununla Mərakeşdən qorxduğunuzu göstərdiz. Qalib gəlsən, haqlı olursan. Məğlub olsan, haqsız çıxırsan.
Bu sxem məni çox təəccübləndirdi. Çünki Niderland millisi adətən belə oynamır. Ancaq görünür, Kuman bu məsələdə fərqli düşünür”.
Niderland – Mərakeş qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında Mərakeş 3:2 hesabı ilə qalib gələrək, 1/8 final mərhələsinə yüksəlib.
Bizi Facebook-da izləyin



