
Noyer: “Çox acıdır”
Almaniya millisinin qapıçısı Manuel Noyer yığmadakı karyerasını DÇ-2026-da erkən mərhələdə başa vurmasından sonra məyusluğunu ifadə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 1/16 finalda Paraqvay yığmasına uduzaraq turnirlə vidalaşdıqları matçdan sonra 40 yaşlı qolkiper hər şeyin belə başa çatmasının çox acı olduğunu deyib:
“Çox acıdır ki, hər şey məhz belə başa çatdı”.
Paraqvayla oyun Noyer üçün dünya çempionatlarındakı 23-cü matç olub. O, daha əvvəl DÇ-2026-nın Almaniya millisinin heyətində çıxış etdiyi son turnir olacağını açıqlamışdı.
Almaniya yığması Paraqvayla matçın əsas və əlavə vaxtını 1:1 hesabı ilə başa vursa da, penaltilər seriyasında məğlub olaraq (3:4), mundialla vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



