DÇ-2026: Mərakeş Niderlandı məğlub edib 1/8 finala yüksəldi

Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.

Komanda.az xəbər verir ki, Monterrey stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1.

Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) fərqləniblər.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penaltilər seriyasında daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 1/8 finala yüksəlib.

Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq. Matç iyulun 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button