Yaponların baş məşqçisi Braziliya ilə oyun haqda: “Bizim də şanslarımız olacaq”

Yaponiya millisinin baş məşqçisi Hajime Moriasu dünya çempionatının 1/16 finalında Braziliya yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, yaponiyalı mütəxəssis mətbuat konfransında komandasının qarşıdakı matçda sonadək mübarizə aparacağını bildirib:

“Qarşıdakı oyunda əlimizdən gələni edəcəyik. Komandamız vahid bir kollektivdir və bu birlik bizi daha da güclü edir. Rəqib maksimum motivasiyalı olacaq, çünki braziliyalılar növbəti mərhələyə yüksəlmək istəyirlər. Amma bizim də şanslarımız olacaq. Gərgin mübarizə gözləyirik”.

Braziliya – Yaponiya oyunu iyunun 29-da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button