“Milan”dan “Flamenqo”ya 15 milyon avroluq təklif

“Milan” heyətini Braziliyadan yeni transferlə gücləndirməyi planlaşdırır.

Komanda.az “Coluna do Fla” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi “Flamenqo”nun yarımmüdafiəçisi Everton Araujo ilə maraqlanır. Klubun 23 yaşlı futbolçu üçün 15 milyon avroya qədər təklif irəli sürdüyü bildirilir.

“Flamenqo” rəhbərliyi yarımmüdafiəçini bu məbləğə satmağa tələsmir. Braziliyalıların futbolçuya maraq göstərən digər klubların da təkliflərini gözlədiyi vurğulanır.

Araujo 2022-ci ildən “Flamenqo”nun əsas komandasında çıxış edir. O, perspektivli oyunçulardan biri hesab olunur və Avropaya transfer olunacağı ilə bağlı iddialar son vaxtlar daha da güclənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button