
Terri Qana millisini tənqid etdi
Sabiq futbolçu Con Terri, Qana millisinin dünya çempionatının qrup mərhələsində İngiltərə yığması ilə oyununu (0:0) dəyərləndirib.
Qana millisi görüşdə əsasən müdafiəyə üstünlük verib. Komanda topa cəmi 21 faiz sahib olub və rəqib qapısına yalnız iki zərbə endirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq müdafiəçi bunu deyib:
“Düşünürəm ki, Qana millisi yaxşı komandadır, ona görə də, dərin oturub aşağı blokla müdafiə olunmağa ehtiyac yoxdur. İstədiyiniz zaman belə oynaya bilməzsiz. Daha cəsarətli futbol üslubunda oynamaq üçün kifayət qədər oyunçunuz var”.
Qrupda iki turdan sonra həm İngiltərə millisinin, həm də Qana yığmasının 4 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



