“Messinin qolu hesaba alınmamalı idi” – Sabiq futbolçu

“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel Argentina millisinin hücumçusu Lionel Messinin dünya çempionatında Avstriya yığmasına vurduğu ilk qolu şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hakimin səhv etdiyini söyləyib:

“Messi həmin anda əla iş gördü, amma qol hesaba alınmamalı idi. Hakim Aleksis Makallisterə qarşı qayda pozuntusundan sonra cərimə zərbəsi təyin etməli idi. Lakin fit səslənmədi və Argentina millisi hücumu davam etdirdi. VAR da bu məsələyə müdaxilə etməli idi. Hakim meydanda ciddi səhvə yol verdi”.

Argentina – Avstriya oyunu 2:0 hesabı ilə başa çatıb. Qarşılaşmada hər iki qolu Lionel Messi vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button