DÇ-2026: Rafinya yenidən meydana çıxa bilər

Braziliya millisinin vingeri Rafinya 2026-cı il dünya çempionatında yenidən meydana çıxa bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, zədəsindən uğurla bərpa olunacağı təqdirdə, 29 yaşlı futbolçu mundialın 1/8 final mərhələsində komandasına kömək edə biləcək.

Rafinya qrup mərhələsinin 2-ci turunda Haiti yığmasına qarşı keçirilən və Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatan matçda bud nahiyəsindən zədə alıb.

“Sambaçılar” iki turdan sonra 4 xalla qrupuna başçılıq edir. Karlo Ançelottinin rəhbərlik etdiyi komanda qrup mərhələsinin son turunda Şotlandiya yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button