
“Sabah” ukraynalı oyunçu ilə vidalaşdı
“Sabah” basketbol klubu Andrey Voynaloviçlə yolları ayırıb.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
26 yaşlı basketbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Ukrayna millisinin hücumçusu 2024-cü ildən paytaxt təmsilçisinin formasını geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



