“İnter” argentinalı futbolçu ilə maraqlanır

“İnter” “Komo”nun yarımmüdafiəçisi Niko Pasla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. Bildirilir ki, futbolçunun gələcəyi ətrafında ciddi transfer müzakirələri aparılır.

Daha əvvəl yayılan xəbərlərə görə, “Real” da 21 yaşlı yarımmüdafiəçini geri qaytararaq daha sonra onu İngiltərə klubuna satmağı planlaşdırır. Pas “Komo”ya 2024-cü ildə “kral klubu”ndan transfer olunub.

Argentinalı oyunçu “Real”a qayıtsa, “İnter” onun transferi üçün hərəkətə keçəcək. Ancaq Milan təmsilçisinin böyük transfer üçün kifayət qədər maliyyə imkanlarının olmadığı bildirilir. Buna görə də, klub futbolçunu yüksək məbləğli icarə və məcburi satınalma, həmçinin, ödənişlərin hissə-hissə həyata keçirilməsi şərti ilə heyətə qatmağa çalışacaq.

Niko Pas ötən mövsüm “Komo”da 40 oyuna çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button