“İsveçlə oyunda mütləq qələbə qazanmalıydıq” – Kuman

Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının F qrupunun 2-ci turunda İsveçlə oyunun vacib olduğunu bildirib.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu matçdan sonra mətbuat konfransında deyib.

O, oyunçuların təzyiq hiss etmədiyini söyləyib:

“Bunun vacib oyun olduğunu bilirdim. Oyunçularımız təzyiq hiss etmədiklərini göstərdilər. Bu görüşdə mütləq qələbə qazanmalıydıq. Artıq növbəti matça köklənəcəyik”.

Xatırladaq ki, Niderland seçməsi İsveçi 5:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button