
DÇ-2026: Byelsa su fasilələrinə etiraz etdi
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa 2026-cı il dünya çempionatında tətbiq olunan su fasilələrini tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bildirib ki, oyunların gedişində verilən fasilələr futbolun ənənəvi axarını pozur:
“Oyunlar dörd hissəyə bölünür ki, bu da futbolun ənənəvi normalarını dəyişdirir. Bu, futbola heç nə vermir, yalnız əlindən alır”.
Dünya çempionatının oyunlarında hər hissənin ortasında üç dəqiqəlik su fasilələri tətbiq olunur.
Uruqvay millisi mundialın ilk oyununda Səudiyyə Ərəbistanı yığması ilə 1:1 hesablı heç-heçə edib. Komanda növbəti matçını iyunun 22-də Kabo-Verde millisinə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



