
Mourinyo ispaniyalı hücumçu ilə bağlı qərar verib
“Real”ın yeni baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Qonsalo Qarsiya ilə bağlı qərarını verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 22 yaşlı forvardın klubda qalmasını istəyir. Mourinyo hesab edir ki, bu yay Qarsiya ilə yolları ayırmaq üçün uyğun vaxt deyil.
İspaniyalı forvard 2025-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.
“Transfermarkt” portalı Qarsiyanın bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



