
Həyat yoldaşından Rafinyaya dəstək
“Barselona”nın və Braziliya millisinin yarımmüdafiəçisi Rafinya Haiti yığması ilə oyunda (3:0) zədələnib. Bildirilir ki, futbolçunun bud əzələsində yenidən problem yaranıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rafinyanın həyat yoldaşı Nataliya Belloli sosial şəbəkədə paylaşım edərək, ona dəstək olub:
“Səninlə çox fəxr edirəm, sevgilim, çünki sən yorulmaz və məğlubedilməzsən. Və həmişə olduğu kimi, feniks (öz külündən yenidən doğulduğuna inanılan ölümsüz atəş quşu) kimi geri dönəcəksən”.
Bu, Rafinyanın son bir ildə aldığı dördüncü zədəsidir. 29 yaşlı futbolçu zədə səbəbindən 2026-cı il dünya çempionatının qalan oyunlarını buraxa bilər. Onun nə vaxt yaşıl meydana qayıdacağı hələ məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



