Demiral: “Montella nəticədən çox məyus oldu”

Türkiyə millisinin müdafiəçisi Merih Demiral komandasının 2026-cı il dünya çempionatından kənarlaşmasından sonra baş məşqçi Vinçenzo Montella haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Baş məşqçi bizi təbrik etdi. O, nəticədən çox məyus oldu, eyni zamanda oyundan da razı qaldı. Türkiyə millisi iki matçda qapıya 75 zərbə endirdi, amma qol vura bilmədik”.

Türkiyə millisi qrup mərhələsində əvvəlcə Avstraliya yığmasına 0:2, daha sonra Paraqvaya 0:1 hesabı ilə məğlub olub. Komanda son turda ABŞ millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button