
İspaniyalı futbolçu “Real”la yollarını ayıracaq
“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos klubdan ayrılmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Madrid təmsilçisində sabit oyun praktikası qazana bilmədiyi üçün komandanı tərk etmək istəyir.
Tərəflər hazırda müqaviləyə qarşılıqlı xitam verilməsi ilə bağlı danışıqlar aparır. Sebalyosun yeni mövsümdə maaşının son ilindən imtina edərək, transferə razı olduğu bildirilir. İspaniyalı futbolçunun karyerasını “Betis”də davam etdirməsi ehtimal olunur.
Sebalyos 2017-ci ildən “Real”ın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



