Kannavarodan tarixi nailiyyət

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro dünya çempionatları tarixinə düşən müstəsna nailiyyətə imza atıb.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Kolumbiya millisinə qarşı keçirilən DÇ-2026-nın qrup mərhələsinin ilk tur matçında yığmasını meydana çıxarmaqla maraqlı göstəriciyə sahib olub.

52 yaşlı Kannavaro dünya çempionatında həm futbolçu, həm də baş məşqçi kimi iştirak edən və həmçinin, “qızıl top” mükafatının sahibi olan tarixdə cəmi dördüncü şəxs olub.

Buna qədər yalnız Frans Bekkenbauer, Oleq Bloxin və Marko van Basten eyni uğura nail olmuşdu.

Kannavaro 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub. Həmin il sabiq müdafiəçi “qızıl top” mükafatına da layiq görülüb. O, Özbəkistan millisinin baş məşqçisi vəzifəsinə 2025-ci ilin oktyabrında təyin edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button