Konfrans Liqası: “Zirə”nin 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi

“Zirə”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.

Komanda.az xəbər verir ki, “qartallar” 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu keçəcəyi təqdirdə, “Heqelman” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button