DÇ-2026: İnfantinonun 800 min avroluq səfərləri

FİFA prezidenti Canni İnfantino dünya çempionatı zamanı mümkün qədər çox oyunu canlı izləməyə çalışır.

O, bəzi günlərdə hətta bir axşam ərzində bir neçə matça baş çəkir. Bu isə xüsusi imtiyazlar sayəsində mümkün olur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İnfantinoya məxsus səfərlər üçün “Qatarairways” şirkəti tərəfindən təqdim edilən özəl təyyarədən istifadə olunur. Bundan əlavə, FİFA rəhbəri stadionlara gedərkən yolları əvvəlcədən açan xüsusi polis korteji ilə hərəkət edir.

Bu cür hərəkətlilik ciddi maliyyə xərcləri tələb edir. İnfantinonun dünya çempionatı müddətində mümkün qədər çox oyuna qatılmaq istəyi ümumilikdə təxminən 800 min avroya başa gələcək. Bu məbləğ FİFA prezidentinin illik əməkhaqqına daxil deyil. İnfantinonun illik maaşının təxminən 4 milyon avro olduğu vurğulanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button