DÇ-2026: Tuxeldən sıradan çıxan müdafiəçi haqda açıqlama

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel komandanın müdafiəçisi Tino Livramentonun zədəsi ilə bağlı açıqlama verib.

“Nyukasl”ın oyunçusu arxa bud əzələsindən zədə alaraq, ən azı dörd həftə yaşıl meydanlardan uzaq qalacaq və millinin düşərgəsini tərk edib.

Onun əvəzinə DÇ-2026 üçün heyətə “Çelsi”nin oyunçusu Trevo Çaloba çağırılıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, Tuxel qərarını belə izah edib:

“Əlbəttə ki, o, məyus oldu, biz də. Yaxşı formada olan vacib oyunçu idi və müdafiənin hər iki cinahında oynaya bilirdi”.

Almaniyalı çalışdırıcı əlavə edib ki, Çalobanın çağırılması müdafiə xəttində daha çox seçim imkanı yaradır:

“Biz Çalobanı ona görə dəvət etdik ki, Jarell Kuansa hər iki cinahda oynaya bilir, Ced Spens də həmçinin. Beləliklə, Çaloba müdafiənin mərkəzində əlavə variant olur və müdafiə xəttimizi tam komplektləşdirir”.

İngiltərə millisi bu gün Xorvatiya yığması ilə qarşılaşacaq. DÇ-2026-nın qrup mərhələsi çərçivəsində keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button