Van Bronkhorst keçmiş klubuna qayıdır

Niderlandlı mütəxəssis Covanni van Bronkhorst yenidən “Feyenoord”un baş məşqçisi olmağa yaxındır.

Komanda.az “Telegraaf”-a istinadən xəbər verir ki, 51 yaşlı çalışdırıcı bütün rəsmi prosedurlar tamamlandıqdan sonra Rotterdam təmsilçisi ilə müddəti iki il olan müqavilə imzalayacaq.

Bu, Van Bronkhorstun “Feyenoord”dakı ikinci dönəmi olacaq. O, daha əvvəl 2015-2019-cu illərdə komandanın baş məşqçisi kimi çalışıb və 2016/17 mövsümündə klubu Niderland çempionluğuna daşıyıb. Bundan əlavə, “Feyenoord” onun rəhbərliyi altında iki dəfə ölkə kubokunu, bir dəfə isə superkubokunu qazanıb.

O, məşqçilik karyerası ərzində Çinin “Quançao Siti”, Şotlandiyanın “Reyncers” və Türkiyənin “Beşiktaş” klublarında da çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button