“Liverpul” ikisini satıb, birini almaq istəyir

“Liverpul” yay transfer dövründə yarımmüdafiə xəttində ciddi dəyişikliklər etməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Aleksis Makallister və Kortis Consla yollarını ayırmağı nəzərdən keçirir. Klubun məqsədi bu satışlardan əldə olunacaq vəsait hesabına “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonun transferini maliyyələşdirməkdir.

22 yaşlı futbolçu “Liverpul”un yeni baş məşqçisi Andoni İraolanın əsas transfer hədəflərindən biridir. Klub rəhbərliyi yayda yarımmüdafiə xəttində genişmiqyaslı yenidənqurma aparmağı planlaşdırır.

Hazırda Aleksis Makallisterin xidmətində “Atletiko” və “Real” maraqlıdır. Kortis Cons isə karyerasını İtaliyada davam etdirməyə yaxındır. İngiltərəli futbolçunun “İnter”ə keçidə yaxın olduğu vurğulanır.

Beləliklə, “Liverpul” Adam Uortonun transferini reallaşdırmaq üçün əvvəlcə heyətdəki bəzi futbolçuların satışı ilə büdcə formalaşdırmağa çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button