
Yapon azarkeşlərdən nümunəvi addım
Yaponiya millisinin azarkeşləri dünya çempionatının qrup mərhələsində Niderland yığmasına qarşı keçirilən oyundan sonra növbəti dəfə davranışları ilə diqqət çəkiblər.
Belə ki, yapon azarkeşlər qarşılaşmanın ardından tribunalarda qalan bütün zibilləri toplayaraq xüsusi paketlərə yığıb və stadiondan çıxarıblar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA da bu nümunəvi addımı əks etdirən fotoları paylaşaraq, azarkeşlərin məsuliyyətli davranışını nümayiş etdirib.
Bu cür davranış Yaponiyada artıq ənənə halını alıb. Təkcə azarkeşlər deyil, futbolçular da oxşar addımları ilə seçilirlər. Belə ki, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Yaponiya millisi oyunlardan sonra futbolçuların özləri tərəfindən təmizlənən paltardəyişmə otağının görüntülərini paylaşmışdı.
Yaponiya – Niderland matçı 2:2 hesabı ilə başa çatıb. Yaponiya növbəti matçında İsveçə 1:5 hesabı ilə məğlub olan Tunis millisi ilə üz-üzə gələcək. Niderland yığması isə qrup lideri İsveçlə münasibətlərinə aydınlıq gətirəcək.
Bizi Facebook-da izləyin



