
“Barselona” braziliyalı hücumçu ilə anlaşıb
“Barselona” yay transfer dövründə hücum xəttini gücləndirmək üçün alternativ plan üzərində işləyir.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Kataloniya klubu “Atletiko” ilə Xulian Alvaresin transferində razılıq əldə olunmazsa, “Çelsi”nin forvardı Joao Pedronun keçidi üçün danışıqlara başlamağa hazırdır.
Bildirilir ki, “Barselona” artıq 24 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. İndi əsas məsələ London klubunun mövqeyidir.
Pedro 2025/26 mövsümündə bütün turnirlərdə 50 oyuna çıxaraq, 20 qol vurub və 9 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı braziliyalı hücumçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



