
Millinin baş məşqçisindən Yamal açıqlaması
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, hücumçu Lamin Yamalın vəziyyəti ilə bağlı nikbin açıqlama verib.
“Barselona”nın 18 yaşlı futbolçusunun zədədən gözləniləndən daha sürətlə bərpa olunduğunu bildirən mütəxəssis, onun dünya çempionatındakı ilk oyunlarına qədər optimal formaya düşəcəyinə inandığını söyləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Yamalın hər gün özünü daha yaxşı hiss etdiyini bildirib:
“Lamin bərpa prosesini qrafikdən daha sürətli keçir. Hər gün özünü daha yaxşı hiss edir. Düşünürəm ki, o, dünya çempionatındakı ilk oyuna tam hazır vəziyyətdə çıxacaq”.
İspaniya millisi DÇ-2026-nın qrup mərhələsində ilk matçını iyunun 15-də, Kabo-Verde yığmasına qarşı keçirəcək.
Bizi Facebook-da izləyin



