Sabiq futbolçu FİFA prezidentini İtaliyaya hörmətsizlikdə günahlandırdı

1982-ci il dünya çempionu Marko Tardelli FİFA prezidentinin İtaliya millisi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.

Məsələ Canni İnfantinonun dünya çempionatının iştirakçı sayının yenidən artırılması ilə bağlı zarafatından sonra gündəmə gəlib. FİFA rəhbəri bunun İtaliya yığmasının turnirə vəsiqə qazanmasına kömək edə biləcəyini söyləmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu olan Tardelli bu açıqlamanı qəbuledilməz hesab edib:

“Bu, İtaliyaya qarşı hörmətsizlikdir. İnfantinonun belə tonda və bu şəkildə danışmağa haqqı yox idi”.

İtaliya millisi ardıcıl üçüncü dünya çempionatını buraxıb. Buna baxmayaraq, onlar tarixində dörd dəfə dünya çempionu titulunu qazanaraq, bu turnirin ən uğurlu komandalarından biri hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button