
Mourinyo bu 2 müdafiəçini “Real”da istəmir
“Real”ın yeni baş məşqçisi Joze Mourinyo komandanın heyətində dəyişikliklərə start verməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, müdafiəçilər Alvaro Karreras və Raul Asensionu gələcək planlarında görmür. Bildirilir ki, Mourinyo hər iki futbolçunun satılmasını istəyir. 63 yaşlı çalışdırıcı bu transferlərdən əldə olunacaq vəsaiti onların mövqelərinə yeni oyunçuların cəlb olunmasına sərf etməyi planlaşdırır.
Mourinyo qısa müddət əvvəl yenidən Madrid təmsilçisinin baş məşqçisi vəzifəsinə qayıdıb. O, “kral klubu” ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



