“Sassuolo”nun baş məşqçisi bəlli oldu

“Roma” və “Fiorentina”nın sabiq yarımmüdafiəçisi Alberto Akvilani “Sassuolo”nun baş məşqçisi təyin edilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis bu vəzifədə daha əvvəl çalışmış Fabio Qrossonu əvəzləyib.

“Sassuolo” 2025/2026 mövsümündə İtaliya A Seriyasında 11-ci yeri tutub.

Akvilani daha əvvəl İtaliyada “Fiorentina”, “Piza” və “Katandzaro” klublarını da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button