Sabiq futbolçu “Arsenal”a Reşfordu almağı məsləhət gördü

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen, son mövsümü “Barselona”da icarədə keçirən “Mançester Yunayted”in vingeri Markus Reşfordun “Arsenal”a uyğun futbolçu olduğuna inanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ouen bunu deyib:

“Qabriel Martinelli və Leandro Trossard çox yaxşı oyunçulardır, amma mənə aydındır ki, onlar Reşfordun səviyyəsinə çatmayıblar. Düşünmürəm ki, “Arsenal” bu yay çox oyunçu transfer edəcək, amma açığı, Reşford ümidverici görünür. “Barselona” yəqin ki, onun prioritetidir. Amma o, “Mançester Yunayted”ə qayıtmasa, digər klublar da mübarizəyə qoşulacaq və bu, “Arsenal” üçün əla fürsət olardı”.

Markus Reşfordun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button