İbrahimoviçin məyusluğu

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç dünya çempionatında qol vura bilmədiyi üçün məyus olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu turnirdə iki dəfə iştirak etdiyini xatırladaraq, qol vura bilməməsini karyerasındakı ən böyük təəssüflərdən biri adlandırıb:

“İki dünya çempionatında oynamışam. Bir tərəfdən şanslı idim. Digər tərəfdən, mən hücumçu idim və ictimaiyyət hücumçuları qollarına görə qiymətləndirir. Amma dünya çempionatında bir qol da vurmadım və bu, mənim peşmançılığımdır”.

İsveç millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Komanda F qrupunda Niderland, Yaponiya və Tunis yığmaları ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button