
Dzeko: “Bizə komanda kimi baxmırdılar”
Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko 2026-cı il dünya çempionatı öncəsi qrupdakı rəqabət barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının daha əvvəl yetərincə qiymətləndirilmədiyini bildirib:
“Bizə komanda kimi baxmırdılar. Pley-off mərhələsində hamı başqa məsələlərdən danışırdı, amma biz potensialımızı göstərə bildik. Qrupa gəldikdə isə, İsveçrə millisi açıq-aydın favoritdir”.
Bosniya və Herseqovina millisi mundialın qrup mərhələsində İsveçrə, Qətər və Kanada yığmaları ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



