“Alvares satılmır!”

“Atletiko”nun prezidenti Enrike Serezo komandanın hücumçusu Xulian Alvareslə bağlı “Real”dan gələn rəsmi təklifə münasibət bildirib.

“Real”ın mətbuat xidmətinin yaydığı məlumata görə, “kral klubu” argentinalı forvard üçün 150 milyon avro təklif etsə də, “Atletiko” bu təklifi qəbul etməyib.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Serezo, məsələ ilə bağlı qısa və qəti mövqe sərgiləyib:

“Real”ın təklifi? Alvares satılmır! Biz onu satmaq istəmirik”.

“Atletiko” daha əvvəl Alvaresin “Barselona”ya keçidinə də icazə verməmişdi.

26 yaşlı hücumçu ötən mövsüm Dieqo Simeonenin komandasında bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb. O, bu matçlarda 20 qol vurub və 9 məhsuldar ötürmə verib.

Argentinalı futbolçunun Madrid təmsilçisi ilə qüvvədə olan müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button