“Real” fransalı futbolçu üçün ilk təklifini edəcək – Sabah

“Real” “Bayern”in vingeri Maykl Oliseni heyətinə qatmaq üçün addım atmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi sabah Münhen klubuna fransalı oyunçunun transferi ilə bağlı rəsmi təklif göndərəcək.

“Kral klubu”nun ilk təklifinin 150 milyon avro olacağı bildirilir. Almaniya çempionu bu təklifi qəbul etməyəcəyi təqdirdə, madridlilər məbləği daha da artırmağa hazırdırlar.

Olisenin “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Buna görə də, Münhen təmsilçisi oyunçunu satmaq məcburiyyətində deyil və transfer danışıqlarında üstün mövqeyə malikdir.

26 yaşlı futbolçu 2025/26 mövsümündə yüksək performans nümayiş etdirib. O, bütün turnirlərdə keçirdiyi 52 oyunda 22 qol vurub və 31 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button