“Bayern” də onu transfer etmək istəyir

“Bayern” “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocerslə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu uğurlu mövsüm keçirən 23 yaşlı futbolçunu yay transfer dönəmində heyətinə qatmağı planlaşdırır. Amma Premyer Liqanın bir neçə aparıcı klubunun da yarımmüdafiəçiyə maraq göstərməsi transferin reallaşmasını çətinləşdirə bilər.

Rocers 2025/26 mövsümündə bütün turnirlərdə 55 oyunda 14 qol vurub və 12 məhsuldar ötürmə verib. “Transfermarkt” onun bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button