DÇ-2026: Ançelotti ilk oyun üçün heyəti müəyyənləşdirib

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında Mərakeş yığmasına qarşı keçiriləcək açılış oyunu üçün start heyətinə qərar verdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu deyib:

“Mərakeş millisinə qarşı hansı heyətlə oynayacağımızı artıq bilirəm. Bunu dəqiq başa düşürəm. Misirə qarşı yoxlama matçında çox yaxşı oynadıq. Rafinya və Vinisius Juniorun birgə oyununu bəyəndim. Hər ikisi çox yaxşı çıxış etdi”.

Braziliya və Mərakeş milliləri qrup mərhələsində Haiti və Şotlandiya yığmaları ilə də qarşılaşacaqlar.

2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button