Azərbaycan yığması dünya kubokunda yarımfinala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan dünya kubokunda yarımfinal mərhələsinə yüksəlib.

Komanda.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, komanda növbəti mərhələdə Fransa – ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.

Yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button