
“Mənə “Aston Villa” lazımdır”
“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Real”a mümkün təyinatı ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, hazırda yalnız öz komandası barədə düşündüyünü bildirib:
“Hazırda mənə harada ehtiyac olduğunu düşünürəm. Mənə “Aston Villa” lazımdır. Mənə güvənən insanlara minnətdar olmaq və bu münasibəti qiymətləndirmək vacibdir”.
54 yaşlı çalışdırıcı 2022-ci ilin noyabrından “Aston Villa”ya rəhbərlik edir. Onun Birmingem klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
“Aston Villa” son mövsümdə UEFA Avropa Liqasını qazanıb və İngiltərə Premyer Liqasında turnir cədvəlini 4-cü pillədə tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



