İngiltərə klubu Balde üçün rəsmi müraciət edib

“Barselona”nın müdafiəçisi Alexandro Balde hələ də “Mançester Yunayted”in maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı futbolçu ilə bağlı Kataloniya klubuna rəsmi sorğu göndərib. İngilislər “Barselona” rəhbərliyinin oyunçunun satışı variantını nəzərdən keçirməyə hazır olduğunu öyrəndikdən sonra hərəkətə keçib.

Bildirilir ki, “Barselona” öz yetirməsi ilə mütləq yollarını ayırmaq niyyətində deyil. Ancaq komandanın baş məşqçisi Hans-Diter Flik futbolçunu artıq əsas heyətin dəyişməz üzvü kimi görmədiyi üçün klub mümkün transfer təkliflərini dəyərləndirməyə hazırdır.

“Mançester Yunayted” rəsmiləri Baldenin potensialını yüksək qiymətləndirir və onun ətrafındakı vəziyyəti diqqətlə izləməyə davam edir. Bununla belə, müxtəlif mənbələrin məlumatına əsasən, ispaniyalı müdafiəçinin özü “Barselona”dan ayrılmaq niyyətində deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button